Faydalı məlumatlar
Rəng nədir?
Boya nədir?
Boya çəkərkən
yaşanan problemlər
və həlli metodları
Rəngin hazırlanması
Alətlərin seçilməsi
İstifadəçilər üçün email
fabboya@fabboya.az
Bakı, Azərbaycan
Binəqədi rayonu, 1-ci Mədən küçəsi
Tel: (+994 12) 447 72 03/04/05
Fax: (+994 12) 447 72 06
Əsas səhifə → Ramazan Bayramınız mübarək! ↓
Rənglər bizə nə verir?
RƏNGLƏRİ İZAH EDƏRKƏN
Rəngləri izah edərkən, düşüncələrimizi əks etdirmək üçün əsasən vurğulardan istifadə edirik. Zeytun yaşılı, bənövşə və s. Hansı ki, bənövşənin bir çox növü olduğu kimi, zeytunun da müxtəlif növləri vardır. Ümumiyyətlə, bir rəngi izah edən üç faktor vardır. Bunlar “rəng tonu”, “yüngüllük” və “rəng”dir. Axtardığımız rəngi izah etməyin ən sağlam yolu bu üç faktorun düzgün istifadəsindən asılıdır.
RƏNGLƏR BİZƏ NƏ VERİR?
Kanzas Universitetinin Sənət Muzeyində maraqlı bir araşdırma aparılıb. Belə ki, muzeyə gələnlərin içəridəki rənglərdən asılı olaraq hərəkətlərini tənzimlədiyi müşahidə edilib. Divarlara ağ fon verdikdə insanlar yavaş hərəkət edirmiş. Divarlara qəhvəyi fon verdikdə isə insanlar qısa vaxt ərzində muzeyi tərk edirmiş. Əgər diqqət etmisinizsə, qəlyanaltıların çoxunda stol və stullar qəhvəyi rəngdədir. Divarların əksəriyyəti də bu rəngdə boyanır. Bununla yanaşı, qəhvəyi rəng mütəxəssislər tərəfindən insana rahatlıq gətirən rəng kimi də qəbul edilib. Bu rəng eyni zamanda qarşınızdakı insanın özü-nü sərbəst, rəsmiyyətdən uzaq hiss etməsinə imkan verir.
QIRMIZI: Bu rəng iştah açır.
YAŞIL: Bu rəng insanda etimad və inam hissi oyadır.
QARA: Bu rəng güc və qüvvət, eyni zamanda inadkarlığın simvolu hesab edilir. Türk toplumlarında qara matəmin də simvoludur. Yaponiyada isə bu rəng xoşbəxtliyin rəngi sayılır.
MAVİ: Bu rəng insanı xəyallar aləminə aparır.
GÖY: Göy rəngin həmişə rahatlıq və sakitlik verdiyini iddia edirlər.
ÇƏHRAYI: Bir sıra tanınmış şirkətlər öz işçilərinə çəhrayı rəngdə köynək geyinməyi məsləhət görürlər. Şirkət sahibləri hesab edirlər ki, bu rəng insanın cəsarətini və əmək qabiliyyətini artırır.
SARI: Bu rəng ən çox diqqət cəlb edən rənglərdən biri hesab olunur. Buna görə də bütün dünyada taksilər sarı rəngdədir.
AĞ: Bu rəng təmizliyin simvoludur. Buna görə də haqqında dedi-qodu çox olan siyasətçilər daim ağ köynək geyinirlər. Ümumiyyətlə, ağ libas insanın təmiz olduğunu əks etdirir.
12.07.2010 |
