az ru en

Sual-cavab



BEYAZ ALÇI məhsulları nəyə görə qənaətlidir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları tikililərdə qara suvaq tətbiq edilmədən belə birbaşa səthə çəkilə bilər. Müqaviməti güclü olduğundan təmirin uzunömürlü olmasına imkan yaradır. Asan hazırlanır, rahat tətbiq edilir, ustanı yormur. Təmir daha tez və ucuz başa gəlir.

BEYAZ ALÇI məhsullarının daxili məkanlarda istifadəsinin üstünlüyü nədir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları daxili məkanların havasının təravətli qalmasına imkan yaradır. BEYAZ ALÇI təbii quruluşu baxımından otaqdakı rütubəti özünə çəkmə, havada quruluq yaranınca isə təkrar geri verərək nəm balansını tənzimləmə özəlliyinə malikdir.

BEYAZ ALÇI məhsulları hansı izolyasiya xüsusiyyətlərinə malikdir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları mikroskopik boşluqları sayəsində yaşadığınız məkanın qışda isti, yayda isə sərin qalmasına imkan yaradaraq istilik izolyasiyasını təmin edir. Eyni zamanda həmin boşluqlar səsi udma özəlliyinə malik olduğundan səs izolyasiyası funksiyasını da yerinə yetirir.

BEYAZ ALÇI ASTAR suvağı hansı hallarda çatlamaz?

FAB Akademiyası bildirir ki, səth hazırlığı düzgün aparılıbsa, su-alçı nisbəti doğru müəyyənləşdirilibsə, qarışımın hazırlandığı məkanda hava axını normaldırsa, səth təmiz, düzdürsə, alçı uyğun qalınlıqda tətbiq edilibsə, tətbiq zamanı bağlantı yerlərdəki boşluqlar yaxşı doldurulubsa, BEYAZ ALÇI alçı astar suvağı çatlamaz.

BEYAZ ALÇI nədir?

FAB Akademiyası bildirir ki, “BEYAZ ALÇI” gips əsaslı inşaat qarışıqları üzrə keyfiyyətli Azərbaycan brendidir. Almaniya və Türkiyənin ən müasir avadanlıqları ilə təchiz edilən BƏYAZ ALÇI fabrikində məhsul istehsalına 2018-ci ildən başlanılıb. İstehsal tam avtomatlaşdırılmış sistem üzrə, AZS standartları əsasında, ən müasir keyfiyyət tələblərinə uyğun aparılır. BEYAZ ALÇI fabrikində astar,üzlük,son qat üzlük, astar suvağı, fuqa alçıpan olmaqla, ümumilikdə 13 adda məhsul hazırlanır.

BEYAZ ALÇI məhsullarının üstünlükləri nələrdir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları asan hazırlanır, normal qatılaşmaya, yüksək yapışma gücünə malikdir. Tətbiq zamanı yerə tökülmədiyi, səthdə cızıqlar yaratmadığı üçün ustanın işini yüngülləşdirərək vaxta qənəat etməyə imkan verir. Elastik, möhkəm, nəfəs alan, düz, hamar, qüsursuz, çatlamaz səth yaradır. Qənaətlidir.

BEYAZ ALÇI məhsulları haralarda istifadə edilə bilər?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları daxili məkanların divar və tavanlarının suvanmasında, lepka, paduqa kimi mürəkkəb sətlərin tökülməsində, müxtəlif dekorativ və konstruktiv bərkitmə işlərində istifadə olunur.

BEYAZ ALÇI məhsullarında yanğına davamlılıq deyərkən nə başa düşülür?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları qeyri-üzvi birləşmə olub A1 yanmaz materiallar qrupuna daxildir. Alçının dehidrasiyası endotermik bir reaksiya olduğu üçün yanğın zamanı alovu dəstəkləmir, əksinə alov enerjisini özünün parçalanmasına xərcləyərək istiliyi və alovun şiddətini azaldır.

BEYAZ ALÇI məhsullarının sağlamlıq göstəriciləri nələrdir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları təbii gips əsaslı olduğundan, istehsal prosesində zərərli kimyəvi qatqılardan istifadə edilmədiyindən bakteriya yaratmır. BEYAZ ALÇI məhsullarının PH, yəni turşuluq və qələvilik dərəcəsi insan dərisi ilə eynidir, tərkibində kanserogen maddələr olmadığından güvənlə istifadə edilə bilər.

BEYAZ ALÇI məhsullarının faydaları nələrdir?

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları ustanı yormadığından vaxta qənaət edərək təmirin daha tez başa gəlməsinə şərait yaratmaqla yanaşı, əlavə xərclərə yol açmır, təmirin daha uzunömürlü olmasına imkan yaradır. Uzadılmış istifadə müddəti sayəsində ilin bütün fəsillərində rahatlıqla tətbiq edilə bilir. Sərfiyyatı yüksək olduğundan sərfəlidir.

Boya nədir?

Boya hər hansı bir səthə çəkildikdə səthə dekorativlik və qoruyuculuq xüsusiyyəti verən materialdır. Bu mənada, boyadan iki əsas faktor gözlənilir:

1. Çəkildiyi səthi gözəlləşdirməsi və dekorativ hala gətirməsi
2. Çəkildiyi səthi qoruması

Boya çəkərkən yaşanan problem-portagallanma nədir

Portağallanma (Orange Peel): Yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlməsidir.

Səbəbi:

1) Qalın boyadan normadan artıq istifadə edilməsi və ya tətbiqi özlülüyünün yüksək olması.
2) Təklif olunan həlledicinin əvəzinə ucuz və ya səf həlledicidən istifadə olunması.
3) Boyanacaq səthin isti olması.
4) Havanın normadan artıq isti və küləkli olması.

Həlli:

Boya sərtləşdikdən sonra yaxşıca sumbatalanır və səth təkrar boyanır.

Boya çəkərkən yaşanan problem-Südlənmə(Blushing) nədir?

Səth, boya çəkildikdən sonra südlü və mat şəklində görünür. Bu əsasən soyuq və nəmli havalarda əmələ gəlir. Boyalardakı həlledicilərin buxarlanması zamanı səthdən aldıqları istilik səbəbiylə səthin soyuması və havadakı nəmin səthdə yığılmasından sonra əmələ gəlirlər.

Səbəbi:

1) Ucuz və ya uyğun olmayan həlledicidən istifadə edilməsi
2) Soyuq və nəmli havalarda tez buxarlanan həlledicilərdən istifadə olunması
3) Soyuq və çox nəmli yerlərdə iş görülməsi (məsələn mətbəxtə yemək bişirərkən)
4) Otaqda hava sirkulyasiyasının təmin edilməməsi

Həlli:

Südlənmə çoxdursa, boya təbəqə sərtləşdikdən sonra sumbatalanaraq təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem-Lifting nədir?

Boyada olan həlledicilərin yeni çəkilən boya təbəqəsinə təsir edərək onu həlletməsidir.

Səbəbi:

1) Sintetik boyaların birinci qatı qurtardıqdan sonra ikinci qatı üçün tələb olunan vaxtın gözlənməməsi.
2) Sintetik boyanın üzərinə selliozik boya çəkilməsi

Həlli:

Lifting əmələ gəlmiş hissələrin sökülərək təkrar boyanması

Boya çəkərkən yaşanan problem - Qırışma (Wrinking) nədir?

Qırışma (Wrinking): Havada oksidləşmə ilə quruyan boyalarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səthin qırışıq və korlanmış bir hal alması

Səbəbi:

1) Boyanın qalın çəkilməsi
2) Pis hava şəraiti
3) Ətrafda normadan artıq həlledici buxarının olması
4) Alt qatlar yaş ikən ikinci qatın quruması

Həlli:

1) Qırışma azdırsa, yəni müəyyən bir hissəni əhatə edirsə, boya yaxşıca quruduqdan sonra həmin yer sumbatalanarak təkrar boyanmalıdır.
2) Qırışma hər tərəfə yayılıbsa, boyanın tamamilə uzaqlaşdırılaraq, səth təkrar boyanmalıdır

Boya çəkərkən yaşanan problem- kiflənmə nədir?

Kiflənmə: Plastik boyaların səthində normadan artıq nəmli yerlərdə göbələk koloniyalarının əmələ gəlməsidir

Səbəbi:

1) Ətrafda həddən artıq nəmin olması
2) Divarların çöldən, tavandan ya da təməldən su alması
3) Divarlarda istilik izolyasiyasının zəif olması

Həlli:

Kifli olanlar ilk əvvəl yuyucu şampunlu isti su ilə təmizlənməli və qaşınmalıdır. Daha sonra funquistlər ilə səth zəhərlənməlidir.

Boya çəkərkən yaşanan problem - Axma və Yayılma nədir?

Axma və Yayılma: Səthdə dalğalanmalar şəklində görünüşün əmələ gəlməsi

Səbəbi:

1) Şaquli və mayili səthlərə normadan artıq boya çəkilməsi
2) Yanlış həlledicidən istifadə edilməsi
3) Normadan artıq həlledicidən istifadə olunması
4) Bundan asılı olaraq özlülüyün çox aşağı və ya yüksək olması

Həlli: Əgər axan və yayılan hissə hələ yaşdırsa, fırça ilə düzəldilməlidir. Əgər quruyubsa, sumbatalanaraq təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem - Zəif yapışma nədir?

Zəif yapışma: Boyanın yapışmayaraq səthdən qopması və ya soyulmasıdır

Səbəbi:

1) Səthin həddən artıq çirkli olması
2) İlk astarların lazım olduğundan daha çox istifadəsi
3) Səthin həddən artıq boş olması
4) Səthdə yağların olması
5) Boyanın astarsız çəkilməsi

Həlli: Səth tamamilə təmizlənməli və lazımi səviyyəyə çatdıqdan sonra təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem- Boyanın batması nədir?

Boyanın batması: Quruma irəlilədikcə təbəqənin parlaqlığını itirərək altdakı səthi, astarlardakı sumbata izlərini və alt hissənin izlərini göstərməsidir.

Səbəbi:

1) Qatlar arasında quruma müddətinin kifayət qədər olmaması
2) Qatlardan birinin və ya hamısının qalın olması
3) Çox qalın sumbatadan istifadə olunması
4) Son qatın incə atılması
5) Hopmanın nəzarət altına alınmaması

Həlli: Təbəqə çox nazik sumbata ilə sumbatalanır və təkrar boyanır.

Boya çəkərkən yaşanan problem - İncə çatlama nədir?

İncə çatlama: Su əsaslı akrilik boya tədbiq olunmasında müşahidə edilir. Səthdəki boyanın quraq torpaq kimi çatlamış vəziyyətdə olmasıdır.

Səbəbi:

1) Boyanın həddən artıq qalın çəkilməsi
2) Səthin proses anında isti olması
3) Eyni şərtlərdə havanın küləkli olması
4) Hazır boyanın tərkibinə kalsit kimi dolğu maddəsinin əlavə edilməsi
5) Astardan həddən artıq istifadə edilməsi

Həlli: Mümkündürsə səth tamamilə qazınmalı və təkrar boyanmalıdır. Əgər boyalar çıxmırsa jelatin formadakı sintetik astarlarla səth müəyyən edilməli sonra incə qatlar halında boya çəkilməlidir.

Boya çəkərkən yaşanan problem- Parlaqlıq itkisi nədir?

Parlaqlıq itkisi: Boya təbəqənin parlaqlığı əks olunmanın dəqiqliyi ilə müəyyən olunur. Düzgün bir boya səthi gözlənilən parlaqlığı tam mənasıyla verir. Parlaqlıq itkisi, səthdə əmələ gələn nizamsızlıq səbəbiylə işığın ayrı dağılması və əks olunan işığın kəskinliyini itirməsidir.

Səbəbi:

1) Hava şərtləri, UB şüaları və nəmin boya təbəqəsini zaman keçdikcə zədələməsi
2) Alt səthdən gələn xətalar
3) Məcunların hopmasının kəsilməməsi
4) Normadan artıq valik izləri

Həlli: Səth incə bir şəkildə Sumbatalanaraq, son qat təkrar boyanmalıdır



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet