Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

Şirkət Haqqında

Şirkət haqqında

“FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ilin 24 aprelində təsis edilib. Fəaliyyətinə “Faydasını alanlar bilər” şüarı altında inşaat boyalarının və həlledicilərin istehsalı ilə başlayıb. Şirkət zamanla istehsal sahələrinin sayını artırıb. Hazırda “FAB” təkcə boya şirkəti kimi deyil, inşaatla bağlı bir çox məhsulun istehsalçısı kimi tanınır. “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində “FAB BOYA”, “POLİMERLƏR”, “FABKİM”, “HILL FAN” , NEOTEK fabrikləri fəaliyyət göstərir. 2014-cü ildə “FAB Boya və Kimya Sənayesi” MMC-nin daxilində “FAB Akademiyası” qurulub. Akademiyanın birinci korpusunda Almaniya və İngiltərənin ən müasir ölçmə, sınaq aparatları ilə təchiz olunmuş 4 laboratoriya (Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları laboratoriyaları), konfrans zalı və sinif otağı var. Burada respublikamızın orta məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr, ustalar, eləcə də şirkət əməkdaşlarının ixtisas dərəcələrinin, kvalifikasiyasının artırılması üçün müxtəlif səpkili təlim-seminar proqramları da keçirilir. 2015-ci ildə “FAB Akademiyası”nın ikinci korpusu istismara verilib. Burada müasir standartlar əsasında plastik məhsulların keyfiyyətinə nəzarət olunur. 2016-cı ildə şirkət alman texnologiyası əsasında hazırlanan, “FAB Akademiyası” məhsulu olan premium keyfiyyətli “MEGA Group” boyalarını istehlakçılara təqdim edib. “FAB Boya və Kimya Sənayesi” MMC dürüstlük, ədalət prinsipləri əsasında, gərgin zəhmət, güclü iradə və əzmlə günbəgün böyüyür. Ölkəmizin iqtisadi inkişafına, insanlarımızın sosial-rifahının yaxşılaşdırılmasına dəstək olur. Zirvələri birlikdə fəth edəcəyik.

“FAB Boya və Kimya Sənayesi” MMC olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!

about png

Fəaliyyət Sahələrimiz

Hazırda “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində 5 fabrik fəaliyyət göstərir.

“FAB BOYA” fabriki: şirkətin ilk istehsal müəssisəsidir və 2001-ci ildən fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı sintetik, sellülozik, su əsaslı boyalar, həlledicilər istehsal olunur.

POLİMERLƏR fabriki: 2006-cı ildən fəaliyyət göstərir. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir.

“FABKİM” quru inşaat qarışıqları fabriki: 2012–ci ildə istismara verilib. Fabrik ən müasir avadanlıqlarla təchiz edilib. Burada tam avtomatlaşdırılmış sistemlə sement əsaslı kafel, metlax yapışdırıcıları, suvaqlar, dərz dolğu və su izolyasiya materialları hazırlanır. İstehsal edilən məhsullar sırasına FABKİM POOL, FABKİM İZOFLEX, FABKİM FLEX FUGA, FUGASİL və s.daxildir.

“HILL FAN” plastik məhsullar fabriki: 2012-ci ildə qurulub. Bu istehsal müəssisəsində avtomatlaşdırılmış sistem əsasında müxtəlif ölçülərdə PVC və PPRC su,kanalizasiya boruları, kabel kanalları, kafel profilləri, divar kağızı kantları, plastik, yanmaz spirallar və s. hazırlanır. 2015-ci ildə fabrikdə alman texnologiyası əsasında qurulmuş su borularının istehsalı üzrə yeni xətt işə salınıb.

“NEOTEK” fabriki: 2023-cü ildən fəaliyyət göstərir. Müəssisə Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. Burada qabaqcıl texnologiyanın tətbiqi ilə standartların tələblərinə uyğun geniş çeşiddə elektrik kabelləri istehsal olunur.

 

 

 

 

about png

Vizyon, missiya və dəyərlərimiz

Missiyamız Müştəriyönümlü fəaliyyətimizlə istehlakçıların təlabatları əsasında xidmət və işgüzar əlaqələrini genişləndirən, əməkdaşlarımızın, tərəfdaşlarımızın gözləntilərini qarşılayan faydalı, güvənilən şirkət olmaqdır. Vizyonumuz Müştəri məmnuniyyətini daim öndə tutan, innovativ, sektor lideri, dayanıqlı bir marka olmaq. Dəyərlərimiz Məsuliyyətlilik: Fəaliyyətimizdə cəmiyyətin maraqlarını nəzərə alır, ətraf mühitin mühafizəsinə həssaslıqla və məsuliyyətlə yanaşırıq. İnsan saglamlığına zərərsiz xammaldan istifadə etməyə, ekoloji təmiz məhsullar hazırlamağa ciddi riayət edirik. Faydalılıq:İnsanların sosial rifahının yaxışılaşdırılması üçün yeni iş yerləri təqdim edir, cəmiyyətin xeyirinə yönəlik fəaliyyətlərin ümumi inkişafımıza fayda verəcəyinə inanırıq. Yenilikçilik: Qabaqcıl texnologiyaların tətbiqi ilə fəaliyyət effektivliyinin artırılması, şirkət daxili və xarici münasibətlərdə, xidmət səviyyəmizin yüksəldilməsi istiqamətində yerli və beynəlxalq təcrübələrdən hər zaman faydalanırıq. Dürüstlük: Şəxslər və qurumlarla əməkdaşlıq əlaqələrimizi ədalət, düzgünlük, qarşılıqlı hörmət prinsipləri əsasında qururuq. Liderlik: Nəzərdə tutduğumuz hədəfə çatmaq üçün dəyərlərimizə, ideyalarımıza sadiq qalaraq uğurun sağlam rəqabət nəticəsində əldə olunacağını düşünürük. Bərabərlilik: Milli, irqi, dini, cinsi, sosial statusundan asılı olmayaraq bütün əməkdaşlarımıza, müştərilərimizə, tərəfdaşlarımıza eyni səviyyədə münasibət və xidmət göstəririk.

about png

Nəaliyyətlərimiz

“FAB Boya və Kimya Sənayesi” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Attestasiyasından keçib. 2004-cü ildə İSO 9001:2000 beynəlxalq sertifikatına layiq görülüb. 2010-2023-cü illərdə ardıcıl olaraq “İlin Keyfiyyətli Boya Şirkəti” seçilib.

about png