Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

Boyama işinə başlamazdan öncə bunları bilməkdə fayda var

15.02.2024

img
  • img

Hər hansı bir səthi rəngləməyə başlamazdan öncə bu işdə məlumatlı olmaqda fayda var. Bu yazımızda tətbiq ediləcək boyadan yaxşı bir nəticə əldə etmək üçün diqqət edilməli məqamlardan danışacağıq.

- Boya və lak istifadədən əvvəl yaxşıca qarışdırılmalıdır.

- Boya alətləri tətbiq sahəsinə uyğun seçilməlidir.

- Boya və ya lak texniki bülletendə göstərilən nisbətdə uyğun tiner ilə həll olunmalıdır.

- Səth hazırlığına diqqət edilməlidir

- Səthin temperaturunun havanın istiliyindən ən az 5°C yuxarı olmasına diqqət edilməlidir. Yəni boya və ya lak tətbiq ediləcək səthin temperaturu +5+30°C arasında olmalıdır.

- Küləkli havalarda boya və lak tətbiq edilməməlidir.

- Günəş altında, yağışlı havalarda boya və lak tətbiq edilməməlidir.

- Texniki bülletenlərdə göstərilən sərfiyyat miqdarlarından az və ya artıq boya yaxud lak tətbiq edilməməlidir.

- Tətbiq sonrası boyanın quruması üçün mühit kifayət qədər havalandırılmalıdır.

- Etiket və texniki bülletendə verilən məlumatlara riayət olunmalıdır.

 

Digər bloq yazıları

Uşaq otağı üçün boya seçərkən nələrə diqqət etməli?

15.02.2024