Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

Qobu qəsəbə 2№-li məktəbin şagirdləri FAB Şirkətlər Qrupunda

calendar-icon

30.01.2024

img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img
  • img

FABDA BİR GÜN layihəsi davam edir. Layihə çərçivəsində 30.01.2024-cü ildə Ənvər İbrahimov adına Qobu qəsəbə 2№-li tam orta məktəbin  bir qrup şagirdi üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində gəzinti təşkil edildi. Məktəblilər məhsullarımızın hazırlanma prosesi, laboratoriyalarda aparılan təcrübələrlə tanış oldular. FAB Akademiyasının nəzdindəki Boya emalatxanasında müxtəlif rəngdə boya hazırlama sınağı etdilər. Daha sonra FAB Akademiyasının konfrans zalında FAB Şirkətlər Qrupunun fəaliyyəti haqqında hazırlanmış tanıtım filmini izlədilər. Sonda iştirakçılara şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya xoş əhvali-ruhiyyədə başa çatdı.