Sayt üzərində təkmilləşdirmə işləri aparılır.

Pres reliz

“FAB Boya və Kimya Sənayesi” MMC ölkə başçısına təşəkkür məktubu ünvanladı

calendar-icon

15 sentyabr

img
  • img

        Azərbaycanın inşaat sektorunun qabaqcıl şirkətlərindən olan “FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Səfər oğlu Əliyev rəhbərlik etdiyi kollektiv adından koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

         “Möhtərəm cənab Prezident!

    Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan koronovirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində başlanğıc mərhələdə əldə etdiyi uğurlar, bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olması Prezident kimi Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu, biz iş adamlarını bir vətəndaş kimi ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

    4 aprel 2020-ci il tarixində təsdiq edilmış Tədbirlər Planına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsi dövlət tərəfindən ödənilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması nəzərdə tutulur. Dövlətimiz tərəfindən göstərilən bu qayğıdan bəhrələnən müəssisə kimi Sizə dərin minnətdarlığımızı bildirir, İqtisadiyyat Nazirliyinə isə bu sahədə Sizin tapşırıqlarınızı operativ yerinə yetirdiyinə görə təşəkkür edirik.

         Hörmətli Prezident!

İnanırıq ki, Sizin gördüyünüz bunun kimi bir çox tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq, bu mübarizədə birlikdə güclü olduğumuz sübut olunacaq. Həmrəyliyin qələbə çalacağı ümidi ilə. Biz birlikdə güclüyük!”

Digər press yazıları

FAB Şirkətlər Qrupu Türkiyəyə dəstək olub

13.03.2023

FAB Şirkətlər Qrupu Koronaviriusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

24.03.2020