Pres reliz
15 sentyabr
Azərbaycanın aparıcı inşaat şirkəti kimi tanınan FAB Şirkətlər Qrupu “Turkeybuild 2025” inşaat sərgisi çərçivəsində uğurlu iştirakla yadda qalıb.
FAB stendində nümayiş olunan inşaat materiallar yerli və xarici ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. FAB Şirkətlər Qrupununun yenilikçi yanaşması, məhsul çeşidinin zənginliyi və yüksək keyfiyyət standartları sərgi iştirakçılarının diqqətini cəlb edib. Sərgi müddətində FAB nümayəndə heyəti bir sıra beynəlxalq distributor və tərəfdaşlarla görüşlər keçirib. Məhsulların yeni bazarlara çıxarılması, ixrac potensialının artırılması və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edək ki, şirkətimiz Rusiya bazarından sonra Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələrinə genişmiqyasli ixtacata hazırlaşır. Bu bir daha sübut edir ki, FAB yalnız Azərbaycan bazarında deyil, beynəlxalq platformalarda da etibarlı brend kimi tanınmağı, inşaat sektorunda davamlı inkişaf strategiyasını uğurla həyata keçirir. “
Turkeybuild 2025” inşaat sərgisi 16-19 aprel tarixləri arasında davam edib. Builki sərgidə 125 ölkənin inşaat sektoru üzrə məhsul və xidmət təklif edən yüzlərlə brendi təmsil olunub.
Digər press yazıları