Məhsullar
FABKIM LATEX
EFFEKT ARTIRICI QATQI MATERİALI
TƏSVİRİ: sement məhlulu, beton təbəqə və bu kimi (sement əsaslı) materiallar üçün yardımçı, bağlayıcı və müqavimət artırıcı qatqı maddəsi. FABKIM LATEX beton təbəqə, suvaq və dərz dolğu materiallarının tutma gücünü, təsirini, mexaniki müqavimətini və su keçirməzlik özəlliyini artırır. FABKIM LATEX yanmır, kimyəvi həlledici özəlliyi yoxdur.
İSTİFADƏ YERLƏRİ (klassik sement məhlulları): FABKIM LATEX tikintilərdə sement, alçı və sement-əhəng əsaslı məhlullarla görüləcək bütün işlərdə, əsasən çöl şəraitində və böyük ölçülü keramik plitələrin tətbiqində, divar tikilməsi və ya təmirində, sənaye sahələri və ya böyük supermarketlərin döşəmələrinə beton təbəqə çəkilərkən məhlulun içində, hovuzların içinə suvaq çəkilərkən suvağın içində, döşəmə və divarlara beton, suvaq, beton təbəqə ilə edilən təmirlərdə, divar suvaqlarında, sənaye sahələri, hovuzlar, islaq məkan və bu kimi yerlərə döşənmiş keramika örtülərinin dərz dolğularına əlavə qatqı maddəsi olaraq istifadə edilir.
Çəki/Həcm | 10 l |
Istehsalçı ölkə | Azərbaycan |
Məhsul Kodu | 510.1200.70 |
Məhsul xüsusiyyətləri