Nəaliyyətlərimiz
“FAB Boya və Kimya Sənayesi” MMC istehsal proseslərində beynəlxalq standartların tətbiqinə xüsusi önəm verir. “FAB” Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin attestasiyasından keçmiş və bir sıra nüfuzlu beynəlxalq sertifikatlara, ISO 9001, ISO 14001, ISO 45001, NSO-NAP3 Eco Friendly, NSO-NAP 13 Biodegradable Product, CE (Conformité Européenne) sertifikatlarına layiq görülmüşdür.
Yüksək keyfiyyət göstəricilərinə görə “FAB Boya və Kimya Sənayesi” MMC 2010–2025-ci illər ərzində ardıcıl olaraq “İlin Keyfiyyətli Boya Şirkəti” seçilib.
Bu gün FAB innovasiya, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq Azərbaycan sənayesinin aparıcı şirkətlərindən biri kimi fəaliyyətini uğurla davam etdirir, yerli istehsalın beynəlxalq bazarlarda tanıdılmasına və ölkənin ixrac potensialının gücləndirilməsinə töhfə verir.
