“FAB Boya və Kimya Sənayesi” MMC 24 aprel 2001-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində təsis edilmişdir. Şirkət fəaliyyətinə “Faydasını alanlar bilər” şüarı ilə inşaat boyaları və həlledicilərin istehsalı ilə başlamışdır. Davamlı inkişaf strategiyasını əsas götürən FAB zamanla istehsal gücünü, texnoloji imkanlarını, məhsul çeşidlərini artırmış və hazırda tikinti, sənaye sektorunun müxtəlif istiqamətlərini əhatə edən çoxşaxəli şirkətlər qrupuna çevrilmişdir.

Bu gün FAB təkcə boya istehsalçısı deyil, polimer, plastik məmulatlar, quru inşaat qarışıqları və elektrik kabel sənayesi sahələrində fəaliyyət göstərən Azərbaycanın qabaqcıl sənaye müəssisələrindəndri.  Şirkət innovativ yanaşması, yüksək keyfiyyət standartları və müasir istehsal infrastrukturu ilə ölkənin sənaye sektorunun inkişafına mühüm töhfə verir.

Hazırda “FAB Boya və Kimya Sənayesi” MMC-nin tərkibində 5 istehsal müəssisəsi – FAB BOYA, POLİMERLƏR, FABKİM, HILL FANNEOTEK  adlı fabriklər fəaliyyət göstərir.

İnsan kapitalının inkişafına və innovasiyaya xüsusi önəm verən şirkət 2014-cü ildə FAB Akademiyasını təsis etmişdir. Akademiyanın birinci korpusunda Almaniya və İngiltərə istehsalı olan müasir ölçmə və sınaq avadanlıqları ilə təchiz edilmiş Keyfiyyətə Nəzarət, Araşdırma və İnkişaf (R&D) laboratoriyaları, konfrans zalı və tədris otaqları fəaliyyət göstərir. FAB Akademiyasında məktəblilər, tələbələr, ustalar və şirkət əməkdaşları üçün müxtəlif ixtisasartırma, peşəkar inkişaf və təlim proqramları təşkil olunur.

2015-ci ildə FAB Akademiyasının ikinci korpusu istifadəyə verilmişdir. Burada müasir standartlar əsasında “HILL FAN” plastik məhsulları və “FABKİM” quru inşaat qarışıqları üzrə keyfiyyətinə nəzarət laboratoriyaları fəaliyyət göstərir.

2016-cı ildə isə FAB Akademiyasının elmi-tədqiqat potensialı əsasında hazırlanmış premium seqmentli “MEGA Group” boya məhsulları bazara təqdim edilmişdir.