MİSSİYAMIZ: Müştəriyönümlü fəaliyyətimizlə istehlakçıların təlabatları əsasında xidmət və işgüzar əlaqələrini genişləndirən, əməkdaşlarımızın, tərəfdaşlarımızın gözləntilərini qarşılayan faydalı, güvənilən şirkət olmaqdır.

ViZYONUMUZ: Müştəri məmnuniyyətini daim öndə tutan, innovativ, sektor lideri, dayanıqlı bir marka olmaq.

DƏYƏRLƏRİMİZ:

Məsuliyyətlilik: Fəaliyyətimizdə cəmiyyətin maraqlarını nəzərə alır, ətraf mühitin mühafizəsinə həssaslıqla və məsuliyyətlə yanaşırıq. İnsan saglamlığına zərərsiz xammaldan istifadə etməyə, ekoloji təmiz məhsullar hazırlamağa xüsusi əhəmiyyət veririk.

Faydalılıq: İnsanların sosial rifahının yaxışılaşdırılması üçün yeni iş yerləri təqdim edir, cəmiyyətin xeyirinə yönəlik fəaliyyətlərin ümumi inkişafımıza fayda verəcəyinə inanırıq.

Yenilikçilik: Qabaqcıl texnologiyaların tətbiqi ilə fəaliyyət effektivliyinin artırılması, yeni məhsulların hazırlanması və istehsalı, məhsul çeşidlərinin daim təkmilləşdirilməsi, ixrac imkanlarının genişləndirilməsi, eləcə də şirkətdaxili və xarici münasibətlərdə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində yerli və beynəlxalq təcrübələrdən hər zaman faydalanırıq.

Dürüstlük: Şəxslər və qurumlarla əməkdaşlıq əlaqələrimizi ədalət, düzgünlük, qarşılıqlı hörmət prinsipləri əsasında qururuq.

Liderlik: Nəzərdə tutduğumuz hədəfə çatmaq üçün dəyərlərimizə, ideyalarımıza sadiq qalaraq uğurun sağlam rəqabət nəticəsində əldə olunacağını düşünürük.

Bərabərlilik: Milli, irqi, dini, cinsi, sosial statusundan asılı olmayaraq bütün əməkdaşlarımıza, müştərilərimizə, tərəfdaşlarımıza eyni səviyyədə münasibət və xidmət göstəririk.