“FAB BOYA” fabriki : Şirkətin ilk istehsal müəssisəsi olan “FAB BOYA” fabriki 2001-ci ildən fəaliyyət göstərir. Müəssisədə müxtəlif təyinatlı su əsaslı, sintetik və sellülozik boyalar, laklar və həlledicilər istehsal olunur.

FAB POLİMERLƏR” fabriki: 2006-cı ildən fəaliyyət göstərən müəssisədə PVA əsaslı yapışdırıcılar, akrilik bağlayıcılar və müxtəlif polimer məhsulları istehsal edilir.

“FABKİM” quru inşaat qarışıqları fabriki: 2012-ci ildə istifadəyə verilmiş “FABKİM” fabriki tam avtomatlaşdırılmış istehsal xəttinə malikdir. Burada sement əsaslı kafel və metlax yapışdırıcıları, suvaqlar, dərz dolğuları və su izolyasiya materialları istehsal olunur. Məhsul portfelinə FABKIM STANDARD,FABKİM POOL, FABKİM İZOFLEX, FABKİM FLEX FUGA, FUGASİL və digər məhsullar daxildir. 

“HILL FAN” plastik məhsullar fabriki: 2012-ci ildə fəaliyyətə başlayan müəssisədə PVC və PPRC su və kanalizasiya boruları, kabel kanalları, kafel profilləri, divar kağızı aksesuarları, spiral borular, pəncərə altlıqları və digər plastik inşaat məhsulları istehsal olunur. 2015-ci ildə fabrikdə su borularının istehsalı üzrə Almaniya texnologiyası əsasında yeni xətt istifadəyə verilmişdir.

“NEOTEK” elektrik kabelləri fabriki: 2023-cü ildən fəaliyyət göstərən NEOTEK fabriki Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz edilmişdir. Müəssisədə beynəlxalq standartlara uyğun geniş çeşiddə elektrik kabelləri istehsal olunur.