“Big 5 Global UAE 2025” FAB üçün təkcə nümayiş platforması deyil, həm də qlobal rəqabətə inteqrasiya və beynəlxalq bazarda dayanıqlı mövqelərin qurulması üçün strateji addımdır. Sərgi çərçivəsində aparılan görüşlərdə FAB məhsullarının Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxışı üçün mühüm razılaşmaların əldə olunması gözlənilir.
Qeyd edək ki, “Big 5 Global” sərgisi bu il 165-dən çox ölkənin yerli istehsalçılarını bir araya gətirir. Sərgi 27 noyabr 2025-ci il tarixində başa çatacaq.