FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ
calendar-icon

Dünən

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ
Şagirdlər ilk olaraq şirkətin istehsal sahələri ilə yaxından tanış olub, məhsulların hazırlanma prosesini izləyiblər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr barədə ətraflı məlumat verilib. Daha sonra tədbir FAB Akademiyasının konfrans zalında davam edib. Burada şagirdlərin FAB boyalarına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Şagirdlərin yaradıcılıq işləri maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılar FAB Şirkətlər Qrupunun fəaliyyəti haqqında videoçarxı izləyiblər.
FAB Şirkətlər Qrupunun Marketinq Departamentinin rəhbəri Nərmin Əliyeva bu cür layihələrin uşaqların yaradıcılıq potensialının inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, məktəblilərin sənətə və istehsal prosesinə maraq göstərməsi sevindirici haldır. Bu cür layihələr şagirdlərin yaradıcı düşüncə tərzinin formalaşmasına, yerli istehsal müəssisələri ilə yaxından tanış olmasına müsbət təsir göstərir. Onların gələcək peşə seçimləri barədə daha geniş təsəvvür formalaşdırmalarına töhfə verir.
Tədbirin sonunda FAB Şirkətlər Qrupunun gənc sahibkarları, Marketinq Departamentinin rəhbəri Nərmin Əliyeva, Biznes Sistemləri və Logistika üzrə rəhbər Səfər Əliyev və Cəfər Əliyev tərəfindən şagirdlərə fəxri fərmanlar, hədiyyələr təqdim olunub. Tədbir xoş əhvali-ruhiyyədə başa çatıb.

Digər xəbər yazıları

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026

other-news card img

FİLOSOF MÜŞFİQ ÖTGÜN FAB ŞİRKƏTLƏR QRUPUNUN QONAĞI OLDU

25.04.2026