15 may 2026-cı il tarixində filosof, fəlsəfə elmləri namizədi, dosent Müşfiq Ötgün FAB Şirkətlər Qrupunun qonağı olub. Şirkət əməkdaşları ilə keçirilən görüş çərçivəsində “İş, karyera və ailədə əxlaq” mövzusunda maarifləndirici görüş təşkil edilib.
Görüş zamanı müasir dövrdə peşəkar fəaliyyətlə şəxsi həyat arasında balansın qorunması, iş mühitində etik davranış qaydaları, ailə dəyərlərinin cəmiyyət və karyera üzərindəki təsiri kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Dosent Müşfiq Ötgün əməkdaşlarla həyat təcrübələrini və fəlsəfi yanaşmalarını bölüşərək, mənəvi dəyərlərin insan həyatındakı əhəmiyyətindən danışıb.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb, interaktiv müzakirələr və sual-cavab formatında davam edib. Əməkdaşlar mövzu ilə bağlı fikir və suallarını səsləndirərək tədbirdə aktiv iştirak ediblər.
Qeyd edək ki, əməkdaşların şəxsi və peşəkar inkişafına yönəlmiş bu cür maarifləndirici görüşlərin yaxın günlərdə FAB Şirkətlər Qrupunun digər əməkdaşları üçün də təşkil olunması planlaşdırılır.