236№-li tam orta məktəbin şagirdləri “FAB boya”da
calendar-icon

06.12.2023

236№-li tam orta məktəbin şagirdləri “FAB boya”da

06.12.2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, 236№-li tam orta məktəbin 9-cu sinif şagirdləri məktəbin tədris köməkçisi Gülnarə Abbasova və riyaziyyat müəllimi Meleykə Quliyevanın rəhbərliyi altında “FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər şirkətimizin nəzdindəki fabriklərlə tanış edildilər. Ekskursiya iştirakçılarına məhsul çeşidləri, istehsal prosesində tətbiq edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar verildi. Suallar cavablandırıldı. Daha sonra şagirdlər FAB Akademiyasının boya məhsullarının keyfiyyətə nəzarət laboratoriyasında rəng çeşidlərinin hazırlanması üzrə sınaq təcrübəsi apardılar. Ekskursiya iştirakçıları göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda FAB Boya və Kimya Sənayesi” MMC adından məktəblilərə hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi.

Digər xəbər yazıları

other-news card img

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

07.05.2026

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026